Ukrayna Prezidenti Vladimir Zelenski administrasiyasının rəhbəri və yaxın müşaviri Andrey Yermakın istefasını qəbul etdiyini açıqlayıb.
Paraqraf.com xəbər verir ki, Prezident Zelenski rəsmi hesabında yayımladığı videomüraciətdə Yermakın istefa verdiyini təsdiqləyib.
Geniş siyasi nüfuza malik olan Yermakın iqamətgahına edilən basqından sonra baş verən bu istefa Zelenski administrasiyası üçün ciddi zərbə kimi dəyərləndirilir.
Qeyd edək ki, Yermak yaxın günlərdə ABŞ-ın Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün irəli sürdüyü sülh planının əsas müzakirəçisi təyin edilmişdi.
Ukrayna siyasətini sarsıdan korrupsiya qalmaqalı müharibənin ən kritik mərhələsində Prezident Zelenskiyə ən yaxın fiqurlara da təsir göstərib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
