Hindistan kino sənətinin əfsanəsi Dxarmendra vəfat edib. Onun ölüm xəbərini dostları və həmkarları böyük kədər və təəssüf hissi ilə qarşılayıblar.
Son yayılan fotolarda Amitabh Baççan, Dxarmendranın yanında kədərli dayanarkən görünür. Yerdə oturanlardan biri isə filmlərdə sevgilisi, real həyatda isə xanımı olan Hema Malinidir.
Filmlərdə “Torpaq və qanun”da Virunun dostu Vicayın döyüşdə həlak olması Virunu dərindən sarsıtmışdı. Həmin film sonrasında Viru dostunun qisasını alır və sevgilisi Basanti ilə evlənərək obasına qayıdırdı. Amma real həyatda bu fotoda tam əks mənzərə görünür: Dxarmendra ilə vidalaşma anı, həmkarları üçün böyük kədər mənbəyidir.
Dxarmendra, kino tarixində əfsanə olaraq qəlblərdə əbədi yaşayacaq.
Həsən
Paraqraf.com
![]()
