Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Sumqayıt Dövlət Universiteti ilə Bursa Uludağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
ÖZƏLSİYASƏT

Sumqayıt Dövlət Universiteti ilə Bursa Uludağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

28 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Sumqayıt Dövlət Universiteti (SDU) ilə Türkiyənin Bursa Uludağ Universiteti (BUU) arasında akademik və elmi əməkdaşlığın inkişafı məqsədilə ikitərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Sumqayıt Dövlət Universiteti”-nin rəsmi səhifəsində paylaşım edilib.

Memorandum tələbə-müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, Orhun Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı akademik layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır.

Görüş zamanı SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov qonaqları salamlayaraq universitetlər arasında daha sıx əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirib. Rektor vurğulayıb ki, türkdilli ölkələr arasında elmi-institusional əməkdaşlığın genişlənməsi həm elm mühitinə, həm də tələbələrin inkişafına böyük töhfə verir. O, müxtəlif akademik proqramlar üzrə mübadilələrin, birgə tədqiqatların və elmi layihələrin SDU üçün strateji prioritet olduğunu qeyd edib. Professor Əminağa Sadıqov həmçinin iki universitet arasında imzalanan memorandumun gələcək əməkdaşlıqlar üçün möhkəm hüquqi və institusional baza yaradacağını diqqətə çatdırıb.
BUU nümayəndə heyətinə rəhbərlik edən rektor müavini professor Zekeriyya Arı qarşılıqlı əməkdaşlığın geniş potensialından danışaraq bildirib ki, BUU Türk Dünyası Yüksəköğretim Alanında həyata keçirdiyi layihələrlə regional akademik inteqrasiyanın güclənməsinə töhfə verir. Professor Arı SDU ilə birgə fəaliyyətin xüsusilə Orhun Mübadilə Proqramı, maliyyə–mühasibat–audit sahəsində elmi yanaşmalar, rəqəmsal transformasiya və digər istiqamətlərdə yeni imkanlar yaradacağını qeyd edib.
Memorandumun imzalanması SDU-da keçirilən I Beynəlxalq Maliyyə, Mühasibat, Audit və Rəqəmsallaşma Simpoziumu çərçivəsində formalaşan elmi əməkdaşlıq mühitinin məntiqi davamı kimi qiymətləndirilib və tərəflər arasında təhsil, tədqiqat, akademik mübadilə, ortaq layihələr və institusional tərəfdaşlıq istiqamətlərində uzunmüddətli əməkdaşlıq üçün yeni imkanlar açıb.

Həsən Məmmədov 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilib

Next

İlk dəfə manatın məzənnəsi 25 Türkiyə lirəsini keçdi

Copyright 2026— Praqraf.com. All rights reserved