Qvineya-Bisau paytaxtı Bissau hazırda ölkənin silahlı qüvvələrinin tam nəzarəti altındadır.
Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.
Səfirliyin məlumatına görə, şəhərin əsas küçə və yolları hərbçilər tərəfindən bağlanıb, mərkəzi hissələrə giriş məhdudlaşdırılıb. Sərhəd istiqamətlərində və hava limanına gedən magistrallarda nəzarət-buraxılış məntəqələri qurulub. Şəhərin müxtəlif yerlərində çoxsaylı hərbi patrullar xidmət aparır.
Məlumata əsasən, Bissauda həyat demək olar ki dayanıb: küçələr boşdur, banklar, bazarlar və mağazalar daxil olmaqla bütün xidmət müəssisələri fəaliyyətini dayandırıb.
Yaranan vəziyyət ölkədə siyasi gərginliyin artdığı bir zamanda baş verib. Noyabr 26-da hazırkı prezident Umaru Sissoko Embalo hərbçilər tərəfindən prezident sarayında saxlanılıb. O, mediaya telefonla bildirib ki, ona qarşı zorakılıq tətbiq olunmayıb. Həmçinin Baş Qərərgah rəisi Biage Na Ntan, onun müavini Mamadu Ture və daxili işlər naziri Botche Kande də həbs olunub.
Ölkənim əsas müxalifət partiyası PAIGC-in lideri Domingos Simoes Pareira və son prezident seçkisində partiyanın namizədi Fernando Dias da Costa saxlanılanlar arasındadır. Onların harada olduqları barədə məlumat verilmir.
Cəfərova Validə
Paraqraf.com
![]()
