Cari ilin son altı ayı ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən hava limanlarında qeydiyyatdan keçən aviauçuş və sərnişin axını ilə bağlı statistika açıqlayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təşkil olunmuş mediaturda verilib.
Məlumata görə, ölkəyə gələn təyyarələrin sayı 12 322, ölkədən gedən təyyarələrin sayı isə 12 331 olub. Eyni zamanda, gələn sərnişinlərin ümumi sayı 1 658 798, gedən sərnişinlərin sayı isə 1 597 009 nəfər təşkil edib.
Baqaj nəzarəti çərçivəsində 1 305 239 ədəd baqaj gömrük yoxlamasından keçib. Ölkəni tərk edən baqajların sayı isə 1 177 890 olub.
![]()
Visited 10 times, 1 visit(s) today
