Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib
ÖZƏLSİYASƏT

Çinin ölkəmizdəki səfiri əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib

28 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin 1 saylı əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsini ziyarət edərək buradakı uşaqlarla görüşüb.

Paraqraf.com xəbər verir ki, bu barədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”-nin “Facebook” səhifəsində paylaşım edilib.

Tədbirdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Agentliyin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev də iştirak ediblər.

Qonaqlara Agentliyin və müəssisənin fəaliyyəti, göstərilən xidmətlərin istiqamətləri və reabilitasiya prosesi barədə məlumat verilib. Qeyd edilib ki, müəssisədə hazırda 150-yə yaxın uşaq stasionar şəraitdə sosial reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Səfir əlilliyi olan uşaqlarla söhbət edib, onlara hədiyyələr təqdim edib. O, Azərbaycanda həssas əhali qruplarına göstərilən xüsusi diqqət və qayğını yüksək qiymətləndirdiyini bildirib. Lu Mey həmçinin Heydər Əliyev Fondunun həssas əhali qrupları, o cümlədən əliliyi olan uşaqlarla bağlı həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin əlilliyi olan uşaqlar üçün iki sosial xidmət müəssisəsi fəaliyyət göstərir və onlarda xüsusi qayğıya ehtiyacı olan 285 uşaq dövlət himayəsində yaşayır. Bu müəssisələrdə uşaqların sosial reabilitasiyası və sosial adaptasiyası, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində işlər aparılır.

 

Həsən Məmmədov 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlham Əliyev nazir müavinlərinə ali xüsusi rütbə verdi

Next

BDU-da “Fizikada müasir trendlər” mövzusunda IX Beynəlxalq elmi konfrans keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved