İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq “BakuBus” MMC-də rəsmi fəaliyyət göstərirlər.
Qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər. Onların gündəlik fəaliyyətinə “BakuBus” MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.
Nəqiliyyat eksperti Eldəniz Cəfərov “Paraqraf.com”a bildirib ki, qadın sürücülərlə kişi sürücüləri arasında fərq yoxdur:

“Qadınlar ictimai nəqiliyyatda vaxtı ilə çalışıblar. Taksi də, avtobus da, tramvay da sürən qadınlar olub. Hələ də var. Bu peşə yenidən qadınlar arasında dirçəldilir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
