Bəli, bizlər ilklərə imza atırıq. Bu dəfə də bir ilk reallaşıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Muradov yerli QHT-lərin rəhbərlərini qəbul edib. Görüşdə nümayəndə heyəti iştirak etdikləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun mahiyyəti, məqsədləri və əldə edilən nəticələr barədə ətraflı məlumat verib.
QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərləri forumun əsas məqsədinin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığı gücləndirmək, təşkilatlararası əlaqələri genişləndirmək və sosial layihələrin koordinasiyasını daha effektiv həyata keçirmək olduğunu bildiriblər. Forum zamanı ictimai iştirakçılığın artırılması, regional təşəbbüslərin dəstəklənməsi və icmaların inkişafı ilə bağlı müzakirələr aparılıb.
İlqar Muradov Qubada icra olunan layihələr barədə qonaqları məlumatlandırıb, yerli QHT-lərin fəaliyyətinə dəstəyin vacibliyini vurğulayıb və qarşılıqlı əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu bildirib.
Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və tərəflər birgə sosial təşəbbüslərin həyata keçirilməsində əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
Abduləlimova Tünzalə
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
![]()
