Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 27
  • Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının prezidenti seçilib

admin 27 Noyabr 2025 4 minutes read
WIAwyt4oWKh39UdcQS7v68w2k6jNQBhAOK6qLxRv_825 (1)
PAYLAŞIN:

Mikayıl Cabbarov növbəti dəfə Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti seçilib.

Paraqraf.com xəbər verir ki, barədə Report-a AGF-dən məlumat verilib.

Bu gün keçirilən qurumun ümumi federasiyanın prezidenti Mikayıl Cabbarov, vitse-prezidenti Namiq Əliyev, İcraiyyə Komitəsinin üzvləri Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov, Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, eləcə də federasiyanın üzvləri iştirak ediblər.

Tədbir AGF-nin son 4 illik fəaliyyətinin və güləş sahəsində görüləcək işlərin müzakirəsi, həmçinin İcraiyyə Komitəsinin tərkibinə seçkilərin keçirilməsi məqsədilə təşkil olunub.

Yığıncaqda AGF prezidenti Mikayıl Cabbarov dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafı, gənc istedadların yetişdirilməsi, idmançılarımızın peşəkarlığının və beynəlxalq uğurlarının daha da artırılması ilə bağlı görülən işləri qeyd edib.

Yığıncaqda yetərsay müəyyənləşdirildikdən sonra mandat komissiyasının üzvləri və Ümumi Yığıncağın üzvləri təsdiqlənib. Daha sonra AGF-nin baş katibi Pərvin Piriyevin hesabatı dinlənilib. O, son 4 il ərzində federasiyada görülən işlərdən, əldə edilən nəticələrdən danışıb.

Bu müddət ərzində Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun, Paris-2024-ə seçim xarakterli Avropa Olimpiya Təsnifat turnirinin və U-23 Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edən baş katib 2022-2025-ci illərdə müxtəlif beynəlxalq yarışlarda 1031 medal qazanıldığını bildirib. Bunların 293-ü qızıl, 292-si gümüş, 446-sı isə bürünc medal olub.

Milli komandalar müxtəlif yaş qruplarında dəfələrlə Avropa və dünya çempionatlarında ilk “üçlük”də yer alıblar. Yunan-Roma güləşçilərimiz 2023 və 2024-cü illərdə dünyanın ən güclü komandası ünvanına sahib çıxıblar.

Güləş üzrə maddi-texniki bazanın gücləndirilməsi üçün müxtəlif infrastruktur layihələri həyata keçirilib. Həmçinin kütləviliyin artırılması məqsədilə intensiv təbliğat işləri aparılıb. Titullu güləşçilərin iştirakı ilə ustad dərsləri, məşqçilərin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün ümumrespublika seminarları təşkil edilib. Güclü irsin formalaşdırılması məqsədilə aşağı yaş qrupları üzrə güləşin inkişafına xüsusi diqqət ayrılıb. Bu da U-15 və U-17 yaş qruplarında böyük uğurlara nail olunmasına töhfə verib.

Tədbirdə AGF prezidenti vəzifəsinə səsvermə həyata keçirilib. Mikayıl Cabbarov növbəti 4 il üçün yenidən federasiyanın prezidenti seçilib. Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Namiq Əliyev isə növbəti dəfə vitse-prezident vəzifəsinə seçilib. Həmçinin İcraiyyə Komitəsinin üzvləri səsvermə yolu ilə müəyyənləşiblər: Mikayıl Cabbarov, Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, Vasif Məmmədov.

Çingiz Hüseynzadə və Elnur Məmmədov çıxış edərək ölkəmizdə idmanın inkişafı istiqamətində həyata keçirilən layihələr, idmançıların beynəlxalq səviyyədə uğur qazanması üçün yaradılan imkanlardan söz açıblar.

Mikayıl Cabbarov yekun nitqində növbəti 4 il üçün qarşıdan duran hədəfləri və fəaliyyət istiqamətlərini qeyd edib, güləşçilərə məşq və yarışlarda yeni uğurlar arzulayıb.

Loading

Visited 3 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ermənistan və İsrail Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Next: Qırğızıstanlı nümayəndə: Media savadlılığı dezinformasiya ilə gerçək informasiyanı fərqləndirmək deyil

OXŞAR MÖVZULAR

K5ncrRD2jQShNz0keXOh2DZkDyl5bgjAHm9nP5rg_1200 (1)

Azərbaycan Basketbol Liqasının XVIII turunda bu gün iki matç keçiriləcək

admin 07 Mart 2026
WKmlmVdFpZlmpC9jICybherSSefEZ98i9Dkw0HgG_1200

Azərbaycan Premyer Liqasında XXIII tura “Karvan-Yevlax” – “Sumqayıt” görüşü ilə start veriləcək

admin 07 Mart 2026
0eddcb6a-00ec-372d-b257-ac56d00a619e_1200

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVI tur başa çatıb

admin 06 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.