Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb.
Paraqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 27 noyabr-4 dekabr tarixləri arasında davam edəcək təlimlərdə 6 500 əsgər və 900-dən çox texnika iştirak edir.
Təlimlər Uusimaa, Pyayat-Hyame və Rusiya ilə həmsərhəd Kyumenlaakso bölgələrində keçirilir.
Müdafiə Nazirliyindən vurğulanıb ki, təlimlər bölmələr arasında uyğunluğun dəstəklənməsi və Finlandiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qorunmasına yönələcək.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
