Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 27
  • FHN “Yanar dağ” qoruğunun yaxınlığında aşkarlanan metan qazı ilə bağlı məsələyə aydınlıq gətirib

FHN “Yanar dağ” qoruğunun yaxınlığında aşkarlanan metan qazı ilə bağlı məsələyə aydınlıq gətirib

admin 27 Noyabr 2025 3 minutes read
gnf99uWgdnEDZllTEY2N2ULwGrudEtWIGK2Xwcu3_825
PAYLAŞIN:

Abşeron rayonu, Məmmədli qəsəbəsi, Həsənbəy Ağayev və Ziya Bünyadov küçələrində, “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ərazisinin yaxınlığında yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrində metan qazı (CH4) aşkar edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, ilkin olaraq FHN, “Azəriqaz” İstehsalat Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin mütəxəssislərinin iştirakı ilə ərazidə müayinələr aparılaraq akt tərtib edilib.

Müayinə zamanı sözügedən ünvanda yerləşən fərdi yaşayış evlərinin bünövrəsinə yaxın olan hissələrində, həyətyanı sahələrində və yaşayış olmayan boş ərazilərdə yer səthində şulf üsulu ilə dəliklər açılaraq cihazlarla ölçmə işləri aparılıb və metan qazı (CH4) aşkarlanıb. Bu səbəbdən mümkün partlayış-yanğın hadisələrinin qarşısının alınması və sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əraziyə qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

Aparılmış müayinələr zamanı aşkar edilmiş nəticələrin partlayış-yanğın təhlükəli olduğunu nəzərə alaraq, əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə kompleks araşdırmanın aparılması və zəruri tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, FHN, Ekologiya və Təbii Sərvətlər, Elm və Təhsil nazirliklərinin, SOCAR və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

İşçi qrupunun aşkarlanan qazın mənbəyinin və tərkibinin müəyyən edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə hazırda ərazidə kompleks işlər həyata keçirilir. Qısa müddətdə araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olunub
Next: Qarabağ Universitetinin 2 illiyi qeyd olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.