Müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub.
Paraqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Təxminən bir ay əvvəl hüquq-mühafizə orqanları əməkdaşlarının Qaqik Tsarukyanın sərhədlərin elektron idarəetmə sistemi (SECT) vasitəsilə ölkədən çıxışının bloklandığını öyrəndik. Bu qadağa ona qarşı 2018-2019-cu illərdə açılmış köhnə cinayət işi ilə əlaqədar tətbiq edilib və vəkilləri də daxil olmaqla, hər kəs üçün gözlənilməz olub. Ehtimal edilir ki, bu qərar onun Rusiyaya getməsinin və seçkiqabağı prosesi ləngitməsinin qarşısını almaq üçün qəbul edilib”, – deyə nəşr bildirib.
Paraqraf.com
![]()
Visited 2 times, 1 visit(s) today
