Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 27
  • Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

admin 27 Noyabr 2025 3 minutes read
fc898f95-4896-33de-a161-0f84863d3e65_825
PAYLAŞIN:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 8 milyard 801,64 milyon kubmetr təbii qaz ixrac edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 4 % çoxdur.

Bu ilin sentyabr ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 958,25 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 7,44 % azdır.

Belə ki, bu müddət ərzində 8 milyard 433,24 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 368,39 milyon kubmetr isə spot əsasında təchiz edilib. Bununla belə, sentyabrda uzunmüddətli əsasda ixrac 883,62 milyon kubmetr qaz, spot mexanizmi ilə isə 74,62 milyon kubmetr təşkil edib.

Bununla da sentyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Həmin ay Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 26,6 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 035,29 milyon kubmetr təbii qaz ixrac edib.

Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ümumilikdə 41 milyard 157,89 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni aylarının göstəricisi ilə müqayisədə 17,4 % çoxdur.

Sentyabrda isə Türkiyə 3 milyard 605,42 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 6,75 % çoxdur.

Yanvar-sentyabr aylarında Türkiyəyə 30 milyard 707,48 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (74,61 %), 10 milyard 450,48 milyon kubmetr isə (25,39 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Sentyabrda isə Türkiyəyə 3 milyard 212,78 milyon kubmetr qaz boru kəməri vasitəsilə ixrac olunub (89,11 %), 392,64 milyon kubmetr isə (10,89 %) mayeləşdirilimiş təbii qazın payına düşüb.

Sentyabrda Türkiyəyə qaz ixracına görə birinci yeri Rusiya tutub. Ay ərzində Rusiyadan Türkiyəyə 1 milyard 447,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 0,04 % çoxdur.

Sentyabr ayında üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 807,41 milyon kubmetr qaz nəql edib. 2024-cü ilin eyni ayları ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 58,02 % artıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Loading

Visited 4 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya İrkutskdakı Polşa Baş konsulluğunu bağlayır
Next: İranda bir gündə 15 nəfər edam olunub

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.