Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan 29 yaşlı Rahmanulla Lakanval ABŞ-yə Bayden Administrasiyasının “Müttəfiqlərin salamlanması” proqramı çərçivəsində 2021-ci ildə gəlib.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.
Bildirilir ki, sözügedən proqram ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından və “Taliban”ın hakimiyyətə qayıdışından sonra Əfqanıstan vətəndaşlarının ABŞ-də qəbul olunmasını nəzərdə tuturdu.
“ABC News” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verir ki, Rahmanulla Lakanval sığınacaq üçün keçən il müraciət edib və onun müraciəti 2025-ci ildə, artıq Tramp Administrasiyası dövründə təmin edilib.
ABŞ hakimiyyəti Vaşinqtonun mərkəzində atışmadan sonra Əfqanıstan vətəndaşlarına aid bütün immiqrasiya sorğularına baxılmasının dayandırıldığını bildirib. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, hakimiyyət belə müraciətlərə baxılmasını “qeyri-müəyyən müddətə” dayandırıb.
Paraqraf.com
![]()
