Portuqaliya millisinin ulduzu Kristiano Ronaldo komandasının Dünya Çempionatındakı ilk oyununda cəzalı olmayacaq.
Paraqraf.com xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar verib.
Məlumata görə, Portuqaliya yığmasının kapitanı aldığı “qırmızı vərəqə”yə görə bir oyunluq diskvalifikasiya alıb — bu cəzanı isə artıq Ermənistanla keçirilən matçı buraxmaqla çəkib.
Qeyd edək ki, portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda “qırmızı vərəqə” almışdı.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
