UEFA Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Napoli” – “Qarabağ” oyunu italiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk hissə qolsuz yekunlaşsa da, fasilədən sonra meydan sahibləri üstünlüyü ələ alıblar. Skott Maktominay hesabı açıb, ardınca Marko Yankoviçin avtogolu fərqi iki topa yüksəldib.
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski penalti zərbəsini qaytararaq komandasını daha böyük hesabdan xilas edib. Müdafiədə göstərilən səylərə baxmayaraq, Azərbaycan təmsilçisi hücumda istədiyi nəticəni əldə edə bilməyib.
Paraqraf.com oyunun sonunda qeydə alınan görüntüləri təqdim edir:
![]()
Visited 17 times, 1 visit(s) today
