“Benfika”nın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Ayaks” üzərində qazanılan qələbə (2:0) haqqında danışıb.
Paraqraf.com championat.com-a istinadən xəbər verir ki, baş məşqçi bu qələbənin onlara yeni həyat bəxş etdiyini vurğulayıb:
“Əgər oyunun lap əvvəlində qol vurursunuzsa, bu sizə müsbət təsir göstərir. Məsələ təkcə hesabda üstünlükdə deyil, həm də emosional üstünlükdədir. Turnir baxımından bu qələbə bizə yeni həyat bəxş edir. Hətta heç-heçə olsaydı belə, bizim vəziyyətimiz daha çətin olardı. Düşünürəm ki, son nəticədə doqquz xal toplasaq, bizim növbəti mərhələ üçün şanslarımız olacaq. Daha iki qələbə qazanmaq lazımdır. Matçın sonunda elə bir hiss var idi ki, hətta “Ayaks”ın meydançada 150 oyunçusu olsaydı belə, onlar yenə də qol vura bilməzdilər. Oyunçular əla çıxış etdilər və matçdan sonra belə bir qələbəni qeyd etmək çox xoş idi”.
Qeyd edək ki, beş turdan sonra aktivində üç xal olan “Benfika” UEFA Çempionlar Liqasının turnir cədvəlində 29-cu yerdə qərarlaşıb.
Paraqraf.com
![]()
