Honq Konqda Tay Po yaşayış kompleksində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb, 29 nəfər xəsarət alıb.
Paraqraf.com-un “The South China Morning Post”a istinadən xəbərinə görə daha 279 nəfər itkin düşmüş sayılır.
Uels Şahzadəsi Xəstəxanasına yerləşdirilən 29 nəfərdən yeddisinin vəziyyəti ağırdır.
Çin Sədri Si Cinpin axşam bəyanatında ölənlərin ailələrinə başsağlığı verib.
Honq Konqun şimalındakı Tai Po rayonunda yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb, onlarla insan yaralanıb.
Yanğınsöndürənlər alovu nəzarət altına almaqda çətinliklərlə üzləşirlər.
Yanğının başladığı “Wang Fuk Court” yaşayış kompleksi səkkiz korpusda yerləşən 2 min mənzildən ibarətdir.
![]()
