Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • Gürcü nazir: “Azərbaycanın ağıllı kənd modeli təcrübəsinin öyrənilməsində maraqlıyıq”

Gürcü nazir: “Azərbaycanın ağıllı kənd modeli təcrübəsinin öyrənilməsində maraqlıyıq”

admin 26 Noyabr 2025 3 minutes read
aYG3u8TaEMlkQqMV4CUBJ8Hsj5Dut2He30QSlJna_825 (1)
PAYLAŞIN:

Gürcüstan aqrar sahədə rəqəmsallaşma, ağıllı kənd modeli, istixanaların yaradılması sahələrində Azərbaycan təcrübəsinin öyrənilməsində və bu istiqamətlərdə əməkdaşlıqda maraqlıdır.

Paraqraf.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Məcnun Məmmədovun Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili deyib.

Səfər çərçivəsində iki nazir arasında ikitərəfli, daha sonra nümayəndə heyətləri arasında geniş tərkibli görüş keçirilib. Görüşlərdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

D.Sonqulaşvili Gürcüstanla Azərbaycanın dost ölkə olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. O qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, aqrar sahədə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması mühüm əhəmiyyət daşıyır.

M.Məmmədov Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə məlumat verib.

Tərəflər iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, elmi tədqiqat sahəsində məlumat mübadiləsi, birgə elmi tədqiqat işlərinin aparılması, peşəkar kadrların hazırlanması, aqrar sahədə qabaqcıl təcrübə və texnologiyaların transferi, ikitərəfli ticarət əlaqələrinin daha da şaxələndirilməsi üçün işgüzar dairələrimiz arasında əlaqələrin gücləndirilməsi, ixracyönümlü məhsullar haqqında mütəmadi məlumat mübadiləsinin təmin edilməsi, torpaqların konsolidasiyası, transsərhəd xəstəliklər, zərərvericilər, o cümlədən qəhvəyi mərmər bağacığına qarşı birgə mübarizə tədbirlərinin aparılması, hər iki ölkədə keçirilən beynəlxalq sərgilərdə aktiv iştirakın təmin edilməsi, gələcək əməkdaşlığın istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirə olunan məsələlər üzrə konkret fəaliyyət planının hazırlanması, aqrar sahədə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi ilə bağlı birgə İşçi Qrupun yaradılması barədə qarşılıqlı razılıq əldə olunub.

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ərdoğan Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının İstanbulda keçirilməsini təklif edib
Next: Rumıniya anti-Rusiya sanksiyalarının pozulmasına görə cinayət məsuliyyəti tətbiq edib

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.