Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.
Paraqraf.com xəbər verir ki, bu barədə XİN başçısı “X” hesabında yazıb.
O bildirib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:
“Papa XIV Leo ilə ümumi audensiyada iştirak etdim və onunla görüşməkdən şərəf duydum. Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır”.

![]()
Visited 8 times, 1 visit(s) today
