“Ukrayna Silahlı Qüvvələri döyüş meydanında ağır vəziyyətlə üzləşib və Rusiya ordusunun qarşısında məğlubiyyətə düçar olacaq”.
Paraqraf.com xəbər verir ki, bu sözləri “NBC News” mənbələrinə istinadən ABŞ-nin ordu naziri Daniel Driskolun açıqlaması kimi təqdim edib.
Ordu nazirinin aşağıdakı fikirləri səsləndirdiyi iddia olunur:
“Rusiya hava hücumlarının miqyasını və tempini artırır. Onlar hərbi əməliyyatları qeyri-müəyyən müddətə davam etdirməyə qadirdirlər. Ukraynada vəziyyət zaman keçdikcə daha da pisləşəcək. Ona görə də gələcəkdə daha da pis vəziyyətdə qalmaqdansa, sülh yolu ilə münaqişənin həlli daha yaxşıdır. Amerika müdafiə sənayesi Ukraynanı ölkənin infrastrukturunu və əhalisini qorumaq üçün lazım olan miqdarda silah və hava hücumundan müdafiə sistemləri ilə təmin etməyə davam edə bilməyəcək”.
“Driskolun mesajı əsasən belə idi: Siz uduzursunuz və razılaşmanı qəbul etməlisiniz” – deyə, nəşr mənbələrinə istinadən yazıb.
Paraqraf.com
![]()
