Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • “Rabitəbank” 31-ci filialını açdı

“Rabitəbank” 31-ci filialını açdı

admin 25 Noyabr 2025 4 minutes read
IMHMmZDf3I23VJFtviDZ1iWwpcRBnkMQXgBmffYp_825
PAYLAŞIN:

“Rabitəbank” ASC müştərilərinə daha əlçatan olmaq və paytaxt üzrə bank xidmətlərinə olan tələbatı daha operativ şəkildə qarşılamaq məqsədilə filial şəbəkəsini genişləndirməyə davam edir. Bank bu istiqamətdə növbəti addımını ataraq Bakı şəhəri, Nizami rayonu Babək prospekti, 38A ünvanında yeni filialını istifadəyə verib.

Yeni filial sahibkarlar və fərdi müştərilər üçün universal xidmət mərkəzi kimi fəaliyyət göstərəcək. Filialda müştərilərə kredit məhsulları, kassa-hesablaşma əməliyyatları, əmanətlər, ödəniş kartları, pul köçürmələri, nağd valyuta əməliyyatları və rəqəmsal bankçılıq həlləri də daxil olmaqla bütün əsas bank xidmətləri müasir standartlara uyğun şəkildə təqdim olunacaq.

Filialın istifadəyə verilməsi ilə “Rabitəbank” paytaxtın sürətlə inkişaf edən ərazilərindən birində müştərilərin gündəlik maliyyə ehtiyaclarına daha çevik və rahat şəkildə cavab verməyi hədəfləyir. Müasir dizayna malik xidmət sahəsi, rahat gözləmə zonası və təkmilləşdirilmiş əməliyyat prosedurları müştəri təcrübəsinin daha da artırılmasına xidmət edir.

Açılış mərasimində “Rabitəbank”ın və Nizami rayon İcra Hakimiyyətinin rəhbər heyəti, yerli sahibkarlar və bank rəsmiləri iştirak ediblər.

Mərasimdə çıxış edən “Rabitəbank”ın İdarə Heyətinin sədri Aydın Hüseynov bankın inkişaf strategiyasının əsas istiqamətlərinə toxunaraq bildirib: “”Rabitəbank” olaraq xidmət şəbəkəmizi genişləndirməkdə əsas məqsədimiz müştərilərimizə daha rahat və çevik bank xidmətləri təqdim etməkdir. Bu gün bankımız yalnız klassik xidmətlərlə kifayətlənmir, innovasiya və rəqəmsal həllər bizim əsas inkişaf xəttimizdir. Nizami rayonundakı yeni filialımız müasir standartlara uyğun infrastrukturu və rəqəmsal inteqrasiyası ilə müştəri təcrübəsini yeni səviyyəyə qaldıracaq. Hədəfimiz bankçılığı hər kəs üçün daha əlçatan və daha rahat etməkdir”.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev isə çıxışı zamanı bildirib ki; “32 illik tarixə malik “Rabitəbank”ın Nizami rayonunda filial açması bizim üçün xüsusi əhəmiyyət daşıyır. Rayonda iqtisadi fəaliyyətin canlanması, sahibkarlığın inkişafı və əhali üçün əlçatan maliyyə xidmətlərinin genişlənməsi baxımından bu addımı son dərəcə vacib hesab edirik.

İnanırıq ki, bu filial həm sahibkarlar, həm də sakinlər üçün yeni imkanlar açacaq, rayonumuzun biznes mühitinin daha da inkişafına dəstək olacaq. “Rabitəbank” kollektivini bu uğurlu addım münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.”

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: YENİ İL ƏRƏFƏSİNDƏ AĞIR HADİSƏ – VİDEO
Next: Azərbaycanda “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” dəyişib

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.