Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • “Özbəkneftqaz” SOCAR-la innovasiyalar və rəqəmsal transformasiya sahəsində yeni layihələr formalaşdırır

“Özbəkneftqaz” SOCAR-la innovasiyalar və rəqəmsal transformasiya sahəsində yeni layihələr formalaşdırır

admin 25 Noyabr 2025 2 minutes read
AvOnVmxSubMt5wZmACLNkUGTrR2oVMyJgHktFXQp_825
PAYLAŞIN:

“Özbəkneftqaz” SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəqəmsallaşdırma və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə danışıqlar keçiriblər.

Bu barədə Paraqraf.com “Özbəkneftqaz”a istinadən xəbər verir.

“Özbəkneftqaz” nümayəndə heyətinin Bakıya səfəri zamanı SOCAR-ın baş ofisində Özbəkistan şirkətinin 2030-cu ilə qədər rəqəmsallaşdırma strategiyası, yeni IT-arxitektura, informasiya təhlükəsizliyi və əməkdaşlığın perspektivli istiqamətləri üzrə müzakirələr aparılıb.

Özbəkistan nümayəndə heyəti, həmçinin SOCAR-ın rəqəmsal transformasiya, süni intellekt (AI), avtomatlaşdırma və korporativ idarəetmə sahəsindəki qabaqcıl təcrübəsi ilə tanış olub. “Özbəkneftqaz” nümayəndələri, həmçinin “Caspian Innovation Center”, “SOCAR Carbamide” zavodu və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunu ziyarət ediblər.

“SOCAR mütəxəssisləri özbəkistanlı həmkarlarına sənaye robotexnikası, dronların tətbiqi ilə avtomatlaşdırılmış monitorinq, süni intellektin istifadəsi ilə proseslərin optimallaşdırılması, seysmik məlumatların təhlili, enerji resurslarının intellektual idarəetmə sistemləri və ERP-həllərinin tətbiqi barədə ətraflı təqdimatlar təqdim ediblər”, – məlumatda bildirilib.

Bundan əlavə, “Özbəkneftqaz” nümayəndə heyəti SOCAR-ın icra intizamı, sənəd dövriyyəsi, real vaxt rejimində analitik panellər, AI inteqrasiyası, habelə kibertəhlükəsizlik üzrə infrastruktur – “Security Operations Center”, “Security Engineering” və “Security Compliance” daxil olmaqla korporativ idarəetmə sistemi ilə tanış olub.

“Səfər şirkətlər arasında təcrübə mübadiləsində, innovasiyalar və rəqəmsal transformasiya sahəsində yeni birgə layihələrin formalaşmasında vacib mərhələ olub”, – məlumatda bildirilib.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan Dünya İrs Komitəsinin 20-ci Fövqəladə Sessiyasında yeni seçilmiş üzv kimi iştirak edib
Next: Ali məktəblərin beynəlxalq rəqabət qabiliyyətinin artırılması ilə bağlı əməkdaşlıq müzakirə olunub

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.