Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim olunub.
Paraqraf.com Report-a istinadən xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu köçlə Təzəbinə kəndinə qayıdan ailələrin sayı 126-ya (567 nəfər) çatıb.
Xocalı rayonuna yola salınan növbəti köç Təzəbinə kəndinə çatıb.
Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Təzəbinəyə 16 ailə (66 nəfər) köçürülüb.
![]()
