Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • İSB beynəlxalq komitədə təmsil olunacaq

İSB beynəlxalq komitədə təmsil olunacaq

admin 25 Noyabr 2025 2 minutes read
IM0M4HJJM9CI5cNAq0FJ529AAUcJE5OOzQ1Y2jhe_825
PAYLAŞIN:

“İcbari Sığorta Bürosu” (İSB) Belçikanın Brüssel şəhərində yerləşən Bürolar Şurasının Daxili Reqlamentlər Komitəsinin (Internal Regulations Committee, IRC) Cənub-Şərq Regional Qrupu (South-Eastern Regional Group) üzrə Komitədə təmsil olunmaq hüququ əldə edib.

Paraqraf.com bu barədə İSB-yə istinadən xəbər verir.

Məlumata görə, IRC-nin növbəti dövr üçün keçirilən seçkilərdə İSB 11 səsdən 8-ni qazanıb.

Daxili Reqlamentlər Komitəsi “Yaşıl Kart” sistemində bütün büroların qarşılıqlı fəaliyyətini, iş prinsiplərini və prosedurlarını tənzimləyən, həmçinin sistem üzrə qaydaların təkmilləşdirilməsini həyata keçirən strateji komitələrdən biridir. Bu təmsilçilik İSB-nin beynəlxalq əməkdaşlığının genişlənməsinə və “Yaşıl Kart” sistemi üzrə proseslərin daha effektiv koordinasiyasına mühüm töhfə verəcək.

Qeyd edək ki, Bürolar Şurası avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyasıdır və eyni zamanda “Yaşıl Kart” Sisteminin inzibatçılığı və fəaliyyəti üzrə məsul olan idarəedici təşkilatdır. Şuranın əsas məqsədi “Yaşıl Kart” Sisteminə daxil olan üzv ölkələrdə yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərin müdafiəsini təmin etməkdir.

İSB 2016-cı ildə Beynəlxalq Bürolar Şurasına üzv seçilib və Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir. 2023-cü ilin yanvarın 1-dən etibarən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinə də Azərbaycan “Yaşıl Kart”larının satışı həyata keçirilir.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Lavrov: Moskva ABŞ-nin Ukrayna ilə bağlı planının aralıq versiyasını gözləyir
Next: Azərbaycan Özbəkistandan keşyu fındığının alışını bərpa edib

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.