Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • “Holberton School Azerbaijan”ın yeni təlim proqramları başlayıb

“Holberton School Azerbaijan”ın yeni təlim proqramları başlayıb

admin 25 Noyabr 2025 3 minutes read
4KNS9FC4KNpmIwYFWf7FIuw9IBqXhSLFMVYD0ijV_825
PAYLAŞIN:

Rəqəmsal İnki.af və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), “PASHA Holding” və “Holberton School Azerbaijan” ın birgə əməkdaşlığı çərçivəsində 4 yeni proqrama start verilib.

Noyabrın 25-də sözügedən təlim proqramının tədrislərinin rəsmi açılış mərasimi baş tutub. Tədbirdə “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə, İRİA-nın sədr müavini Şahin Əliyev, “PASHA Holding” nümayəndəsi Tuğra Musayeva, eləcə də “Holberton School”un təsisçisi Florian Buçer açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda təlimlərin əhəmiyyəti, ölkənin İKT ekosisteminin inkişafına verəcəyi töhfələr və bu sahədə gələcək əməkdaşlıq imkanları vurğulanıb. Tədbir məzunların nailiyyətlərinin təqdimatı, yeni tələbələr tərəfindən gözləntilər və təşəkkür nitqi, həmçinin təlimlərin ilk günlərindən görüntüləri əks etdirən videoçarx nümayişi ilə davam edib.

Təlim proqramı üzrə “Holberton School Azerbaijan”a daxil olan 5 213 müraciət arasından seçilən 200 nəfər proqrama qəbul olunub. Proqram çərçivəsində 160 nəfər məzunun yetişdirilməsi nəzərdə tutulur.

Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity” (10 ay), “Machine Learning” (10 ay), “Computer Science” (9 ay) və “Generative AI” (3 ay) olmaqla 5 istiqamətdə həyata keçiriləcək. Qeyd edək ki, “Generative AI” istiqaməti üzrə qeydiyyatın 2026-cı ilin fevral ayında elan edilməsi nəzərdə tutulur.

Təlim proqramının əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artıırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.

Ölkədə 2023-cü ildən etibarən fəaliyyət göstərən “Holberton School Azerbaijan” dan indiyədək 129 nəfər məzun olub, onların 94 nəfəri İRİA ilə əməkdaşlıq proqramının məzunudur. Məzunların işlə təmin olunma göstəricisi 74 % təşkil edir.

Qeyd edək ki, “Holberton School Azerbaijan” dünyaca məşhur “Holberton School” şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, “Holberton School”la əməkdaşlıq edir.

2016-cı ildən fəaliyyət göstərən “Holberton School” hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları “LinkedIn”, “Google”, “Tesla”, “Docker”, “Apple”, “Dropbox”, “Facebook”, “Pinterest”, “Genentech”, “Cisco” və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb
Next: Kəlbəcər Şəhəri Günü çərçivəsində teatr tamaşası təqdim olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.