Xəbər verdiyimiz kimi, bu gündən etibarən iki qadın avtobus sürücüsü vəzifələrinin icrasına başlayıb. Onlar 140 və 141 E marşrutlarında fəaliyyət göstərəcəklər.
Paraqraf.com xəbər verir ki, sürücülərdən biri uzun illər informatika müəllimi kimi çalışıb.
Rəna Cəfərova indi isə “BakuBus” avtobus sürücüsü kimi işə başlayıb. Onun bu yeni fəaliyyəti böyük maraq doğurub və həmkarları arasında müzakirə mövzusudur.
Rəna Cəfərova bildirib:
“Kişilər bacarırsa, qadınlar da bacarar.”
Bu sözləri ilə o, qadınların da ənənəvi olaraq kişilərin işlədiyi sahələrdə uğur qazana biləcəyini vurğulayır.
Həsən
Paraqraf.com
![]()
Visited 20 times, 1 visit(s) today
