Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • Kamran Əsədov: “12–16 yaşlılar emosiyalarını idarə edə bilmədikdə, zorakılığa meyil artır”

Kamran Əsədov: “12–16 yaşlılar emosiyalarını idarə edə bilmədikdə, zorakılığa meyil artır”

admin 24 Noyabr 2025 4 minutes read
IMG-20251124-WA0010
PAYLAŞIN:

Mingəçevirdə 22 noyabr tarixində 2008-ci il təvəllüdlü E.Sarıyevin kəsici alətlə qətlə yetirilməsi cəmiyyətdə yeniyetmələr arasında zorakılıq hallarının artması ilə bağlı ciddi narahatlıq yaradıb. Hadisəni törətməkdə şübhəli bilinən 14 yaşlı yeniyetmənin saxlanılması isə problemın daha dərindən araşdırılmasının vacibliyini göstərir. Son illərdə bu kimi hadisələrin çoxalması sosial, psixoloji və təhsil mühitindəki çatışmazlıqları bir daha gündəmə gətirir.

Təhsil eksperti Kamran Əsədov “Paraqraf.com”a bildirib ki, yeniyetmələr arasında aqressiv davranışların və kəsici-deşici alətlə bağlı cinayətlərin artması təsadüfi hal deyil. Onun sözlərinə görə, bu, məktəb və ailə mühitində emosional tənzimləmə bacarıqlarının zəif formalaşması, psixoloji xidmətlərin qeyri-funksional olması və sosial mühitin nəzarətsizliyi ilə bağlıdır:

“UNICEF-in 2023-cü il hesabatı göstərir ki, yeniyetmələr arasında zorakılığın artdığı ölkələrdə risk faktorlarının 60%-i məktəb və ailə mühitində vaxtında aşkar olunmayan psixoloji gərginlik və davranış pozuntularıdır. Mingəçevirdəki hadisə də göstərir ki, 12–16 yaşlı uşaqlar emosiyalarını idarə edə bilmədikdə, münaqişə həllini zorakılıqda görmə ehtimalı yüksəlir”.

Ekspert qeyd edib ki, “Təhsil haqqında” Qanunun 14-cü maddəsi məktəblərə təhlükəsiz və psixoloji cəhətdən sağlam təlim mühiti yaratmağı tələb etsə də, psixoloji xidmətlərin struktur zəifliyi, psixoloq başına düşən şagird sayının çoxluğu və risk davranışlarının monitorinqinin olmaması bu tələbin icrasını çətinləşdirir.

Kamran Əsədov bildirir ki, Elm və Təhsil Nazirliyi son illərdə psixoloq ştatlarının artırılması, sosial-pedaqoji xidmətlərin genişləndirilməsi və məktəblərin təhlükəsizlik sistemlərinin gücləndirilməsi istiqamətində addımlar atsa da, sistemli təsir üçün bu tədbirlərin miqyası artırılmalıdır:

“Dünya təcrübəsi göstərir ki, sosial-emossional təhsil proqramları tətbiq edildikdə yeniyetmə zorakılığı ciddi şəkildə azalır. Finlandiyada bu göstərici 38%, Kanadada 42% enib. Estoniyada risk davranışları rəqəmsal monitorinq vasitəsilə 3–5 ay əvvəl müəyyən edilir. Bu ölkələrin ortaq modeli ‘erkən xəbərdarlıq sistemi’dir. Azərbaycanda isə çox vaxt risk davranışları yalnız sinif rəhbərinin şəxsi müşahidələri ilə müəyyən olunur ki, bu da gecikmiş müdaxiləyə səbəb olur”.

Ekspert məktəblərin əsas vəzifələrinin gücləndirilməsini vacib hesab edir:

“Psixoloqların işi formal yoxlama olmamalıdır; davamlı müşahidə və valideynlə koordinasiya əsas rol oynamalıdır. Statistika göstərir ki, psixoloji dəstəyin güclü olduğu məktəblərdə zorakılıq 30–45% azalır”.

Onun sözlərinə görə, müəllim–şagird ünsiyyətinin məhdud olması da problem yaradır. Bir çox məktəblərdə siniflərin sayının çoxluğu səbəbindən müəllimlər şagirdlərin emosional vəziyyətini izləyə bilmir. Bu baxımdan, müəllimlərin iş rejiminin yenilənməsi, tam ştat modelinin genişləndirilməsi və məktəblərdə rəqəmsal nəzarət sistemlərinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Ekspert hesab edir ki, gələcəkdə bu kimi ağır hadisələrin qarşısını almaq üçün sosial-emossional təhsil proqramları tətbiq olunmalı, psixoloji xidmətlər gücləndirilməli, valideyn-məktəb əlaqəsi möhkəmləndirilməli və sosial mediada zorakılığın təsirinə qarşı maarifləndirmə genişləndirilməlidir. Bu tədbirlərin ardıcıl şəkildə icrası məktəb mühitində təhlükəsizliyi artıracaq və yeniyetmə aqressiyasını əhəmiyyətli dərəcədə azalda bilər.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AFFA rəsmisi “Qalatasaray”ın Çempionlar Liqasındakı oyununda matç direktoru olacaq
Next: Türkiyədə tələbələri daşıyan avtobus aşıb, 29 nəfər yaralanıb

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.