Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycan millisinin baş məşqçisi: “Voleybolçular EEVZA çempionatında çox səhv etdilər”
İDMAN

Azərbaycan millisinin baş məşqçisi: “Voleybolçular EEVZA çempionatında çox səhv etdilər”

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın U-18 millisinin üzvləri Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatının oyunlarında çox səhvlər ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Cahangir Seyid Abbasi Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

O, Latviyanın Dauqavpils şəhərində baş tutan yarışla bağlı fikirlərini bölüşüb:

“Rəqiblərimiz Estoniya, Ukrayna və Gürcüstan yığmaları idi. Estoniya və Ukrayna komandalarının Avropanın ən güclüləri arasında yer aldığını hamı bilir. İlk görüşümüz Estoniya ilə oldu, məqsədimiz qələbə qazanaraq turnirə yaxşı başlamaq idi. Lakin oyunçularımız çox səhvlər etdilər və istədiyimiz oyunu göstərmək mümkün olmadı. Komandada 3-4 təcrübəli voleybolçu olsa da, heyətin böyük hissəsi ilk dəfə beynəlxalq yarışa çıxırdı və bu, nəticəyə təsir etdi”.

Mütəxəssis digər rəqib Ukraynanın daha təcrübəli kollektiv olduğunu vurğulayıb:

“Buna baxmayaraq, ilk qarşılaşma ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdik və daha prinsipial mübarizə apardıq. Turniri Gürcüstan millisinə qarşı qələbə ilə başa vurduq. Bu oyunda uşaqlar çox yaxşı oynadılar və 3:0 hesabı ilə inamlı qələbə qazandıq. Bu qələbə komandanın özünəinamını artırdı və növbəti yarışlar üçün motivasiya yaratdı”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ramin Məmmədov Bakıdakı Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

Next

İşğaldan azad olunmuş ərazilərdə daha bir qrup şəxs üçün kiçik ailə biznesləri yaradılıb

Copyright 2026— Praqraf.com. All rights reserved