Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan və Estoniya dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
SİYASƏT

Azərbaycan və Estoniya dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Estoniya Dəmir Yollarının (“AS Eesti Raudtee”) rəhbəri Kaido Zimmermann arasında görüş keçirilib.

Tərəflər qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzərindən Çindən Avropaya yük axınının artırılması istiqamətində daha sıx əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Rövşən Rüstəmov Estoniyanın dəmir yolu sahəsində rəqəmsal həllər və ağıllı logistika üzrə təcrübəsinin birgə təşəbbüslər üçün imkanlar yaratdığını, Azərbaycanın Orta Dəhlizlə bağlı strateji mövqeyinin Estoniya və geniş spektrdə Baltik regionu üçün Mərkəzi Asiya və Çinə səmərəli çıxışı təmin etdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan tərəfindən son dövrlərdə Orta Dəhlizin inkişafını dəstəkləyən mühüm addımlar atılıb. Belə ki, Bakı–Tbilisi–Qars xəttinin yükburaxma gücü illik 5 milyon tona çatdırılıb, Bakı Limanının ADY-yə inteqrasiyası ilə multomodal yükdaşımalar sürətlənib, həmçinin Gürcüstan və Qazaxıstanla əməkdaşlıq çərçivəsində bu dəhlizin inkişafı üçün birgə müəssisə təsis edilib.

Estoniya Dəmir Yollarının rəhbəri Kaido Zimmermann görülən işləri yüksək qiymətləndirib, ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Tərəflər daha geniş əməkdaşlığın regional müstəvidə də nəqliyyat bağlantısını gücləndirəcəyinə və Avropa ilə Asiyanı birləşdirən müasir, effektiv və dayanıqlı nəqliyyat sisteminə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Mərkəzi Bankı Yaşıl İstiqraz Fonduna investisiya edib

Next

Azərbaycan və Misir İKT sahəsində əməkdaşlığı müzakirə edib

Copyright 2026— Praqraf.com. All rights reserved