AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Paraqraf.com xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
E.Məmmədov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma noyabrın 25-i Bakı vaxtı ilə saat 21:45-də İstanbulda yerləşən “Ali Sami Yen” stadionunda baş tutacaq.
Paraqraf.com
![]()
Visited 8 times, 1 visit(s) today
