Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 22
  • Zelenski “sülh planı” üzrə danışıqçıların SİYAHISINI təsdiqlədi

Zelenski “sülh planı” üzrə danışıqçıların SİYAHISINI təsdiqlədi

admin 22 Noyabr 2025 3 minutes read
IMG-20251122-WA0016
PAYLAŞIN:

Ukrayna Prezidenti Volodimir Zelenski beynəlxalq tərəfdaşlarla müharibənin başa çatdırılmasına dair məsləhətləşmələr aparacaq nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Paraqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

“Ukrayna heç vaxt bu müharibəni istəməyib və onu layiqli sülhlə bitirmək üçün hər şeyi edəcək. Ukrayna heç vaxt sülhə əngəl olmayacaq. Ukrayna dövlətinin nümayəndələri Ukrayna xalqının ədalətli maraqlarını və Avropa təhlükəsizliyinin əsaslarını müdafiə edəcəklər”, – deyə məlumatda bildirilir.

Bundan əlavə, Zelenski nümayəndə heyətində hansı rəsmilərin təmsil olunduğunu göstərən 854/2025 nömrəli fərmanı açıqlayıb.

Qeyd edilir ki, ABŞ və digər beynəlxalq tərəfdaşlarla, eləcə də Rusiya Federasiyasının nümayəndələri ilə ədalətli və davamlı sülhə nail olmaq üçün danışıqlar prosesində iştirak edəcək nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:

Andrey Yermak – Ukrayna Prezidenti Ofisinin rəhbəri, nümayəndə heyətinin başçısı;

Rustem Umerov – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi;

Kirill Budanov – Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi;

Andrey Qnatov – Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;

Oleq İvaşşenko – Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sədri;

Sergey Kislitsa – Xarici işlər nazirinin birinci müavini;

Yevgeni Ostryanski – Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini;

Aleksandr Poklad – Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müavini;

Aleksandr Bevz – Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri.

Fərmana əsasən, nümayəndə heyətinin başçısına Zelenski ilə razılaşdırılması şərti ilə Ukrayna nümayəndə heyətinin tərkibinə dəyişiklik etmək; dövlət orqanlarının, müəssisələrin, təşkilatların əməkdaşlarını (rəhbərləri ilə razılaşdırılmaqla), elmi məsləhətçiləri, ekspertləri (razılıqları əsasında) nümayəndə heyətinin işinə cəlb etmək icazəsi verilir.

Bundan əlavə, Zelenski Nazirlər Kabinetinə nümayəndə heyətinin işini maliyyələşdirməyi tapşırıb.

Bu arada Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov elan edib ki, məsləhətləşmələr yaxın günlərdə İsveçrədə başlamalıdır.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Donald Trampın ən yaxın silahdaşlarından biri öz postunu tərk etməyə hazırlaşır
Next: Ramiz Mehdiyevin vəziyyəti pisləşdi, təcili yardım çağırıldı

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.