Los-Anceles limanında konteyner gəmisi yanıb.
“Paraqraf.com”un xarici KİV-ə istinadən məlumatına görə, bu barədə şəhərin meri Karen Bass məlumat yayıb.
“Los-Anceles limanında elektrik səbəbindən konteyner gəmisində baş verən yanğınla mübarizə aparılır. 100-dən çox yanğınsöndürən alovla mübarizə aparır, liman polisi heyətin təhlükəsizliyini təmin etməyə kömək edir”, – o yazıb.
Şəhərin yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğından sonra gəminin göyərtəsində partlayış qeydə alınıb. Son məlumatlara görə, heyətin bütün üzvləri gəmidən təxliyə edilib. Onlar xəsarət almayıblar.
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
