Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Yumurtanın qiyməti niyə bahalaşır? – Ekspert əsas səbəbləri açıqladı
MANŞETÖZƏL

Yumurtanın qiyməti niyə bahalaşır? – Ekspert əsas səbəbləri açıqladı

21 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Son günlər mağazalarda yumurtanın qiymətinin artması ictimai diqqəti xüsusilə cəlb edib. İnsanlar “qiymətlər nəyə görə qalxıb?” sualına cavab axtarır. Hazırda bahalaşmanın səbəbləri və prosesin davam edib-etməyəcəyi ən çox müzakirə olunan mövzulardandır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli paraqraf.com-a açıqlamasında bildirib ki, yumurtanın qiymətinin kəskin yüksəlməsinin əsas səbəbi istehsal xərclərinin artmasıdır:

“Toyuq yemi olan qarğıdalı və soyanın bahalaşması təsərrüfatların xərc yükünü artırır və bu, birbaşa yumurtanın qiymətinə təsir edir. Eyni zamanda enerji, qaz və nəqliyyat xərclərinin yüksəlməsi də bazarda qiymət artımına səbəb olur”.

Ekspert əlavə edib ki, qiymət dəyişikliyinə təsir göstərən digər amillər də mövcuddur:

“Quş qripi kimi xəstəliklər təsərrüfatlarda itkilərə səbəb olur, nəticədə istehsal azalır və bazarda təklifin azalması qiymətlərin yüksəlməsinə gətirib çıxarır. Qış mövsümündə toyuqların yumurta verməsi azalır və bu da mövsümi olaraq qiymətə təsir edir”.

Akif Nəsirli qeyd edib ki, dövlət siyasətindəki dəyişikliklər, idxal və vergi məhdudiyyətləri də bazarın qiymət balansında rol oynayır. Ümumi inflyasiya fonunda ərzaq məhsulları ilə yanaşı yumurtanın qiymətində də artım müşahidə olunur.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Overfinch” atelyesi ovçular üçün ən dəbdəbəli avtomobili təqdim etdi

Next

Hacıbəy Heydərli: “Cəmiyyət mövqe ortaya qoysa, maarifləndirici verilişlər ön plana çıxar”

Copyright 2026— Praqraf.com. All rights reserved