Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Hacıbəy Heydərli: “Cəmiyyət mövqe ortaya qoysa, maarifləndirici verilişlər ön plana çıxar”
MANŞETÖZƏL

Hacıbəy Heydərli: “Cəmiyyət mövqe ortaya qoysa, maarifləndirici verilişlər ön plana çıxar”

21 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Son illər bəzi televiziya kanallarında yayımlanan verilişlər cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Efirə çıxan bəzi müğənnilər də efirə uyğun olmayan geyimlərlə diqqət çəkir. Bu verilişlər nə maarifləndirici, nə əyləndirici, nə də məlumatverici xarakter daşıyır və bir növ jurnalistikanın əsas funksiyalarına ziddir. Əslində, televiziya ictimaiyyəti maarifləndirməli, insanlara bilik və informasiya ötürməlidir. Lakin hazırda təqdim olunan verilişlər daha çox şəxsi həyatların müzakirəsi, küsülülük və ailə problemlərinin efirə daşınması ilə yadda qalır. Bu tendensiya hələ də davam edir və xüsusilə nəzərə almaq lazımdır ki, bu tip verilişlərə uşaqlar da baxır. Bu isə onların psixologiyasına və dünyagörüşünə mənfi təsir göstərə bilər.

Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan televiziyalarında yayımlanan bayağı verilişlər artıq tamaşaçıları yorur:

“Televiziya kanalları bayağı verilişlərdən, süni qalmaqallardan, saxtakarlıqdan hələ də uzaqlaşa bilmirlər. Bu isə medianın əsas maarifləndirmə funksiyasının televiziya kanallarından demək olar ki, silinməsi deməkdir. Maarifləndirici verilişlərin, mədəniyyət və sənətkarları təbliğ edən proqramların sayı çox azdır. Əvəzində şou tipli verilişlər və ucuz qalmaqallar önə çıxır. Reytinq cədvəllərində də məhz həmin verilişlər birinci yerdə qərarlaşır”.

Ekspert qeyd edib ki, televiziya kanalları özəl struktur olduğundan fəaliyyətlərini özləri tənzimləyir:

“Bu səbəbdən də bu tip verilişləri ön plana çıxarırlar. Əgər maarifləndirici, mədəniyyət yönümlü verilişlərin sayı artsa, növbəti mərhələdə məhz mədəniyyəti təbliğ edən proqramların da yüksək reytinq qazandığının şahidi ola bilərik”.

Hacıbəy Heydərli əlavə edib ki, Audiovizual Şura da mövcud vəziyyətlə bağlı müəyyən tövsiyələr verir:

“Lakin efirdə açıq qanun pozuntusu olmadığı halda, Audiovizual Şuranın televiziya kanallarına müdaxilə imkanları məhduddur. Azərbaycan cəmiyyəti mövqe ortaya qoymalıdır ki, bayağı verilişlər aradan qalxsın. Belə olduğu təqdirdə, maarifləndirici verilişlər ön plana çıxacaq”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yumurtanın qiyməti niyə bahalaşır? – Ekspert əsas səbəbləri açıqladı

Next

Valideynlər uşaqlarını niyə sığınacaqlara yerləşdirirlər? – AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved