Abşeron rayonu Saray qəsəbəsində marşrut sürücüsünün qaydalara məhəl qoymaması sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Yeni asfaltlanmış əraziyə avtomobillərin girişinə qoyulan qadağaya baxmayaraq, sürücünün yol nəzarətçisinin xəbərdarlığını qulaqardına vuraraq hərəkətə davam etməsi ictimaiyyətdə narahatlıqla qarşılanıb.
Mövzu ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Paraqraf.com”a bildirib ki, sosial şəbəkələrdə Abşeron rayonunun Saray qəsəbəsində avtobus sürücüsünün ictimai qaydanı kobud sürətdə pozması ilə bağlı yayılan görüntülər polis əməkdaşları araşdırır:
“Sürücünün müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
