Belarus Litvadan iki sərhəd keçid məntəqəsinin açılması ilə bağlı rəsmi bildiriş alıb.
“Paraqraf.com”un məlumatına görə, bu barədə Belarus Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
“Noyabr 20-də Minsk vaxtı ilə saat 1:00-dan başlayaraq Litva hakimiyyəti Kamennı Loq- Medininkay və Benyakoni- Şalçininkay sərhəd-keçid məntəqələrini açmağı planlaşdırır”, – deyə məlumatda bildirilir.
Belarus Sərhəd Xidməti isə Belarus-Litva sərhədlə insanların və nəqliyyat vasitələrinin keçidini bərpa etməyə hazır olduğunu açıqlayıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
