Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Kənd müəllimlərinin görünməyən yükü: Azalan şagird sayı, aşağı dərs saatları və sosial problemlər
MANŞETÖZƏL

Kənd müəllimlərinin görünməyən yükü: Azalan şagird sayı, aşağı dərs saatları və sosial problemlər

20 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Kənd yerlərində çalışan müəllimlər təhsilin ən önəmli dayaqlarından biri olsalar da, onların gündəlik həyatı şəhər məktəblərindəki həmkarlarından daha mürəkkəb və çətin olur.

Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov paraqraf.com-a açıqlamasında bildirib ki, kənd məktəblərində çalışan müəllimlər hal-hazırda ciddi problemlərlə üzləşirlər:

“Bu problemlərin birincisi odur ki, urbanizasiya nəticəsində insanların kütləvi şəkildə şəhərlərə axışması, uşaq sayının məktəblərdə, xüsusilə də kənd məktəblərində azalmasına, sinif sayının azalmasına gətirib çıxardır. Kənd məktəblərində müəllimlərin ən böyük problemi məhz dərs saatlarının azlığıdır”.

Ekspert bu mövzu ilə bağlı digər səbəbidə qeyd edib:

“Repititorluq şəhər məktəblərində nisbətən çox olsa da, kənd yerlərində demək olar ki, minimum səviyyədədir. Eyni zamanda qiymətlər də aşağıdır. Məsələn Bakı şəhərində qiymətlər 100-200, bəzən 300 manata qədər yüksəlirsə, kənd yerlərində bu ən yaxşı halda 30 manat, əksər hallarda isə 20 manat civarındadır”.

O həmçinin qeyd edib ki, müəllimlərin sosial müdafiəsi də çox zəifdir:

“Nəzərə alsaq ki, bir çox ölkələrdə kənd müəllimləri üçün əlavə sosial tədbirlər görülür, bizdə isə bu tədbirlər yoxdur. Ümumiyyətlə, Azərbaycanda pedaqoji fəaliyyətlə məşğul olam şəxslərin sosial müdafiəsi haqqında ayrıca qanuna böyük ehtiyac var”.

Elşən Qaforovun fikrincə, yaranmış vəziyyəti aradan qaldırmağın yeganə yolu, “Müəllimlərin Sosial Müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun qəbul edilməsidir.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakı İnzibati Məhkəməsi yeni binaya köçürüldü

Next

BDYP: “Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur”

Copyright 2026— Praqraf.com. All rights reserved