İsrailin Qəzza zolağına silsilə aviazərbələri nəticəsində 23 nəfər həlak olub.
“Paraqraf.com” “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, hücumlar ilk növbədə Qəzza şəhəri və Xan- Yunisi hədəf alıb.
Qəzza xəstəxanalarındakı mənbələrə görə, ölənlər arasında Qəzza şəhərinin Zeytun məhəlləsindən beş nəfərlik bir ailə var.
İsrail Müdafiə Qüvvələri öz növbəsində bildirib ki, zərbələr HƏMAS- ın mövqelərini hədəf alıb və dünən səhər saatlarında yaraqlıların Qəzza zolağının cənubundakı Xan- Yunisdəki əsgərləri atəşə tutmasına cavab olub.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
