Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/BDYP: “Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur”
MANŞETÖZƏL

BDYP: “Dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur”

20 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Sosial şəbəkələrdə və müxtəlif onlayn satış platformalarında avtomobillərin dövlət qeydiyyat nişanlarını bəzi dələduzlar olduğundan artıq qiymətə vətəndaşlara satırlar.

Qeyd edək ki, 2022-ci ilin yanvarından dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsumlar aşağıdakı kimi müəyyən edilib:

– 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 üçün müxtəlif hərfli seriya – 2000 manata, eyni hərfli seriya 3000 manata;

– 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif hərfli seriya – 1500 manata, eyni hərfli seriya 2000 manata;

– 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif hərfli seriya – 1000 manata, eyni hərfli seriya 1500 manata.

Məsələ ilə bağlı Bakı Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev “Paraqraf.com”a açıqlamasında bildirib ki, dövlət qeydiyyat nişanlarının ayrıca satılması qanunsuzdur:

“Bu hallar dələduzluq əlamətidir. Bəzi internet saytlarında və sosial şəbəkə səhifələrində avtomobillər üçün dövlət qeydiyyat nişanlarının ayrıca satılması barədə elanlara rast gəlinir. Bəzi hallarda həmin nömrələr absurd məbləğlərlə təklif olunur. Bu, tamamilə qanunsuzdur. Belə elanlar vasitəsilə vətəndaşların aldadılması, onlardan beh və ya müxtəlif ödənişlərin alınması faktları müşahidə edilir. Araşdırmalar göstərir ki, satışa çıxarılan nömrələrin əksəriyyəti başqa şəxslərin adına rəsmiləşdirilib, öz sahibləri isə bu elanlardan xəbərsiz olurlar. Bu hallar açıq şəkildə dələduzluqdur”.

O, məsələnin qanuni tərəfindən də danışıb:

“Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 27 və 29-cu maddələrinə əsasən:
Dövlət qeydiyyat nişanı ayrıca alqı-satqının predmeti ola bilməz. Nömrə yalnız avtomobillə birlikdə alıcıya təqdim edilə bilər. “Mən yalnız nömrəni satıram, avtomobili yox” kimi iddiaların heç bir hüquqi əsası yoxdur və qanunla qadağandır.

Mülkiyyətçinin hüququ nədir?

Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi və alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilə bilər”.

Elvin Hacıyev sonda vətəndaşlara tövsiyə edib ki, dövlət qeydiyyat nişanlarının ayrıca satılması barədə elanlara inanmayın, heç bir ödəniş etməyin, beh göndərməyin, belə hallarla rastlaşdıqda dərhal polisə məlumat verin.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kənd müəllimlərinin görünməyən yükü: Azalan şagird sayı, aşağı dərs saatları və sosial problemlər

Next

Yeni xəttə buraxılan 500 nömrəli avtobusun hərəkət sürəti niyə aşağıdır? – “BakuBus” AÇIQLAYIR

Copyright 2026— Praqraf.com. All rights reserved