ABŞ milli komandasının baş məşqçisi Maurisio Poçettino yoldaşlıq oyununda Uruqvay yığması üzərində 5:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında emosiyalarını saxlaya bilməyib.
Paraqraf.com sovsport.ru-ya istinadən xəbər verir, o, heyətin qeyri-sabitliyi ilə bağlı jurnalistin suallarından narazı qalıb.
Poçettino jurnalistin niyə start heyətini müəyyən edə bilmədiyini və yığmaya bu qədər çox sayda oyunçu çağırdığı sualına əsəbiləşib:
“Bəlkə də mətbuat konfransını dayandırmalıyıq ki, mən soyunma otağına gedib, sonra qayıdım və hər şeyi yenidən başlayaq. Çünki elə təəssürat yaranır ki, biz 1:5 hesabı ilə məğlub olmuşuq. Mən ABŞ milli komandasının məşqçisiyəm, süpürgəçi deyiləm! Zəhmət olmasa, daimi oyunçular deyəndə nəyi nəzərdə tutduğunuzu izah edin, çünki bu mənim üçün tam aydın deyil”.
Qeyd edək ki, argentinaəsilli məşqçi ABŞ komandasının başında olduğu bir il müddətində 71 futbolçudan istifadə edib. Bu hal mediada Poçettinonun əsas heyəti müəyyənləşdirə bilməməsi kimi qınaq obyektinə çevrilib.
Poçettinonun rəhbərliyi altında komanda 13 qələbə qazanıb, 7 dəfə məğlub olub və iki dəfə heç-heçə edib.
Paraqraf.com
![]()
