ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff bu gün İstanbulda HƏMAS- ın yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə Qəzza zolağında atəşkəs rejiminin davam etdirilməsi üzrə səyləri müzakirə etmək üçün görüşəcək.
“Paraqraf.com” xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri ərəb diplomatına istinadən məlumat yayıb.
Bildirilib ki, HƏMAS-ın nümayəndə heyətinə Xəlil əl- Hayya rəhbərlik edir.
Bu S.Uitkoffun onunla ikinci görüşü olacaq. İlk görüş razılaşmanın əldə edilməsi üçün həlledici əhəmiyyət kəsb edib. Çünki Prezident Donald Trampın məsləhətçiləri HƏMAS liderlərini əmin edib ki, qruplaşma öz öhdəliklərini yerinə yetirdiyi müddətcə ABŞ İsraildən razılaşmanın şərtlərinə riayət edilməsini tələb edəcək.
Paraqraf.com
![]()
