İspaniya milli komandası rəsmi oyunlardakı əsas vaxtda məğlubiyyətsizlik seriyasını 31 oyuna çatdırıb.
Paraqraf.com “AS” nəşrinə istinadən xəbər verir ki, Luis de la Fuentenin komandası bu nəticə ilə İtaliyanın (2018-dən 2021-ə qədər) dünya rekordunu təkrarlayıb.
İspaniya milli komandası son dəfə rəsmi qarşılaşmada 2023-cü ilin mart ayında AVRO-2024 seçmə mərhələsində Şotlandiyaya uduzub. Oyun Şotlandiyanın 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu müddət ərzində İspaniya milli komandası 2023-cü ildə Millətlər Liqasını və 2024-cü ildə isə Avropa çempionatını qazanıb.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
