Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib!
CƏMİYYƏT

Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib!

19 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gənclərin bilik və yaradıcılıq potensialını gücləndirməyə xidmət edən 3 müxtəlif maarifləndirici layihə keçirilib.

Tədbirlərin ilki AzMİU-nun İnnovativ Biznes İnkubator bölməsinin rəhbəri Rasim Abdullayev tərəfindən startup sahəsinə dair geniş təlim təqdim edilib. Təlimdə iştirakçılar biznes ideyasının formalaşdırılması, bazar araşdırması, layihəni inkişaf etdirmə prinsipləri və uğurlu startup quruculuğunun əsas mərhələləri barədə ətraflı məlumat əldə ediblər. Gənclər üçün praktik nümunələr və real təcrübələr əsasında keçirilən sessiya onların sahibkarlıq düşüncəsini gücləndirməklə yanaşı, innovativ yanaşmalar formalaşdırmağa şərait yaradıb.

Digər görüş isə tanınmış aktyor, rejissor, rəssam və Azərbaycanın Əməkdar Artisti Qurban Məsimov ilə keçirilib. Gənclər aktyorluq sənətinin incəlikləri, yaradıcılıq prosesinin mərhələləri və səhnə fəaliyyətinin spesifik cəhətləri ilə daha yaxından tanış olublar. Usta sənətkar öz şəxsi təcrübələrindən nümunələr gətirərək gənclərə motivasiya verib və onların incəsənət sahəsinə marağının artmasına töhfə verib.

Gənclər arasında keçirilən “Düşüncənin Gücü” adlı intellektual yarış isə tədbirlərin ən rəqabət dolu keçəni olub. Fərqli mövzular üzrə bilik yarışı gənclərin məntiqi düşünmə bacarıqlarını, komanda işini və müzakirə qabiliyyətini gücləndirməyə xidmət edir. Yarışın sonunda qalib komanda seçilərək mükafatlandırılıb.

Hər üç tədbirin əsas məqsədi gənclərin inkişafına dəstək göstərmək, onların həm innovativ, həm yaradıcı, həm də intellektual potensialını gücləndirmək olub. Sessiyalarda interaktiv müzakirələr, sual-cavab mərhələləri və təcrübə mübadiləsi təşkil edilib. Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək fəallıqla yadda qalıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Anlaşma Memorandumu Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının sosial və iqtisadi müstəvilərdə dərinləşməsinə xidmət edir” – ŞƏRH

Next

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olundu

Copyright 2026— Praqraf.com. All rights reserved