“İnsanlar süni intellektin cavablarına tənqidi yanaşmalı və əlavə məlumat mənbələrindən istifadə etməlidirlər”.
Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Google” şirkətinin baş direktoru Sundar Piçai BBC-yə müsahibəsində bildirib.
“Biz bu vasitələrdən faydalı olacaq sahələrdə istifadə etməyi öyrənməliyik. Süni intellektin dediklərinə kor-koranə etibar etməməliyik. Bu texnologiyalar səhvlərə meyillidir”, – deyə “Google”un rəhbəri tənqidi fikirlər səsləndirib.
Piçai süni intellekt texnologiyalarının özləri də daxil olmaqla bütün böyük şirkətlərə zərər vuracağını da qabardıb.
Paraqraf.com
![]()
Visited 9 times, 1 visit(s) today
