Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə 17–19 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF 2025) ölkəmizin innovasiya və texnologiya sahəsində ən önəmli tədbirlərindən birinə çevrildi.
AGMA komandası olaraq biz də bu möhtəşəm festivalda fəal iştirak etdik. Tədbir çərçivəsində müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələrlə tanış olmaq, şagird və tələbələrin innovativ yanaşmalarını izləmək bizim üçün olduqca dəyərli idi.
Festivalın ikinci günündə komanda üzvlərimiz təqdim olunan layihələri izləyib qiymətləndirə bildi, eləcə də müxtəlif STEAM fəaliyyətlərində yaxından iştirak etdi. Qeyd edək ki, festival hazırda davam edir və qarşıdakı günlər üçün də maraqlı proqramlar planlaşdırılıb.
Tədbirdə gənc müəllimlərimizin iştirakı isə onların yeni tədris metodikaları barədə məlumatlanmasına, müasir STEAM yanaşmalarını əyani şəkildə öyrənməsinə və beynəlxalq təcrübə qazanmalarına şərait yaratdı. Bu festival onlar üçün həm peşəkar inkişaf, həm də təcrübə mübadiləsi baxımından əhəmiyyətli platforma oldu.
AGMA olaraq belə təşəbbüslərin bir parçası olmaqdan məmnunuq və gələcəkdə də innovasiya yönümlü layihələrdə fəal iştirak etməyi planlaşdırırıq.

Fİdan Quluzadə
Paraqraf.com
![]()
