Prezident İlham Əliyev 2025-ci il sentyabrın 16-da Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Paraqraf.com bu barədə President.az-a istinadən xəbər verir.
Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra ƏƏSMN onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.
Paraqraf.com
![]()
