Rusiya ordusunun Ukraynanın Zaparojye vilayətinə hücumu nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
“Paraqrafa.com”un məlumatına görə, bu barədə Zaparojye vilayətinin Hərbi Administrasiyanın rəisi İvan Federov telegram kanalında bildirib.
Onun sözlərinə görə, gün ərzində Rusiya qüvvələri bölgədəki 18 yaşayış məntəqəsinə 769 hava hücumu həyata keçirib. Xüsusilə, Malokaterinovka, Ternovatı, Primorsk, Qulyaypole, Jeleznodoroznı və Kosivtseveyə altı hava hücumu həyata keçirilib.
Bundan əlavə, Stepnoqorsk, Beleqorye və Rovnopolliyaya, eləcə də Çervonodeprovka, Stepnoqorsk, Primorsk, Qulyaypole, Orexovo, Novoandreyevka, Malaya Tokmaçka, Çarivne, Varvarovka və Rovnopolliyada 278 artilleriya zərbəsi qeydə alınıb.
“Evlərə və nəqliyyat vasitələrinə ziyan dəyməsi barədə məlumatlar daxil olub”, -o, fikirlərini yekunlaşdırıb.
Paraqraf.com
![]()
