İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışı Azərbaycan üçün uğurlu nəticə ilə yadda qalıb. 46 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Minayə Əkbərova mötəbər turnirdə gümüş medal qazanaraq ölkəmizi layiqincə təmsil edib.
Yarışları izləyənlər bildiriblər ki, Minayə Əkbərova döyüşlər boyunca yüksək peşəkarlıq, dözümlülük və texniki hazırlıq nümayiş etdirib. Gənc taekvondoçumuzun finala qədər göstərdiyi performans həm komanda, həm də azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Minayə Əkbərovanın qazandığı uğur münasibətilə təbriklər edilib, ona gələcək yarışlarda daha böyük nailiyyətlər arzulandı.
Qeyd edək ki, Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında müxtəlif növlərdə uğurlu çıxışlar etməyə davam edir və əldə olunan nəticələr ölkəmizin idman sahəsində artan potensialını bir daha göstərir.
Aytac
Paraqraf.com
![]()
