Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 15
  • “Uşaqlığın Günahsızlığı”: Bir şagirdin haqsızlıqla üz-üzə gəlişinin hekayəsi

“Uşaqlığın Günahsızlığı”: Bir şagirdin haqsızlıqla üz-üzə gəlişinin hekayəsi

admin 15 Noyabr 2025 4 minutes read
enver_hesenov8
PAYLAŞIN:

Şəhərə yaxın bir kənd vardı. Bu kənddə oxuyan bir uşaq həm əyləncəli, həm mehriban, həm də tərbiyəli davranışı ilə seçilirdi. Müəllimlərinə və dostlarına həmişə hörmətlə yanaşır, intizamlı davranırdı. Onu sevən çox olsa da, sevməyənlər də vardı — elə məktəbdəki bəzi şagirdlər və məktəbin direktoru kimi. Onlar uşağın hər uğuruna mane olmağa, onun irəliləməsinə əngəl yaratmağa çalışırdılar.

Bir gün fiziki tərbiyə dərsi idi. Hava isti olduğundan uşaqlar həyətdə oynayırdılar. O da qızlarla birlikdə voleybol oynayır, gülür, söhbət edirdi. Zəng çalındıqdan sonra tərlədiyi üçün üzünü yudu, paltarını dəyişdi və sinifə qayıtdı.

Sinifə daxil olanda gözlərinə inanmadı — hər yer dağılmış, çantalar isə yerə atılmışdı. O, heç bir söz demədən otağı yığışdırmağa başladı. Elə bu vaxt uşaqlardan biri bir çantanın su ilə islandığını görüb səsini ucaltdı:
— Bunu o edib! Çantanı o isladıb!

Uşaq təəccüblə onlara baxdı, amma müdafiə olunmağa çalışmadı. Elə həmin anda direktor içəri girərək əsəbi şəkildə uşağın üstünə gəldi, kobud sözlər dedi. O isə başını aşağı salıb sakitcə sinifi tərk etdi.

Axşam evdə valideynləri soruşdular:
— Bala, sən doğrudanmı belə bir iş etmisən?
Uşaq sakit və qəmli səslə cavab verdi:
— Ata, mən elə iş görərəm heç?

Səhəri gün valideyni ilə birlikdə məktəbə getdi. Nə qədər danışsalar da, nə müəllimlər, nə də direktor ona inanmadı. Çünki direktor hər kəsi qabaqcadan qorxutmuş, kimsənin həqiqəti deməsinə imkan verməmişdi.

Bu hadisədən sonra uşaq məktəbə getmədi. Aradan günlər keçdi və nəhayət, həqiqət üzə çıxdı — məlum oldu ki, çanta təsadüfən su ilə islanıb və uşaq tamamilə günahsız imiş. Müəllimlər utanaraq onun evinə gələrək belə dedilər:
— Gəl məktəbə, biz sənə qarşı ədalətsizlik etmişik.

Direktor da üzr istədi, hətta istəsə başqa məktəbdə oxuması üçün bütün xərclərin ödənəcəyini bildirdi. Amma uşaq razı olmadı. Onun sevdiyi yalnız bir müəllim vardı — ingilis dili müəllimi. Bəzən yalnız həmin qadının dərslərinə görə məktəbə dönürdü. Lakin sonda məktəbdən sənədini belə götürə bilmədi.

İllər keçdi. O uşaq böyüyüb ustaya çevrildi. İndi öz zəhməti ilə avtomobil təmir edir, halal əməyi ilə ailəsini dolandırır. Az olsa da, alın tərilə qazandığı çörəyi evinə aparır, ailəsini sevindirir. Kənddə hamı ona hörmətlə yanaşır. Amma hər dəfə keçmiş direktor onu görəndə başını aşağı salıb yanından sakitcə ötüb keçir…

Uşaqlara mərhəmət göstərək — onlar bizim gələcəyimizdir. Onlar səhv edə bilər, amma biz böyüklər unutmamalıyıq ki, onlar hələ uşaqdır. Müəllim və valideyn olaraq ədalətli, anlayışlı və sevgi dolu olaq ki, böyüdüklərində ürəklərində qara iz qalmasın.

Uşaqları sevək, onlara uşaqlıqlarını yaşamağa imkan verək. Çünki sevgi ilə böyüyən uşaq mərhəmətli olar — mərhəmət isə torpağı bahara, insanı işığa aparar.

 

Elçin Ağasıyev

Loading

Visited 125 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Toral da millinin heyətindən çıxarıldı
Next: Teleqramda yayılmış zərərli link panika yaratdı: Müəllimin nömrəsindən hamıya mesaj göndərildi

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.